Britaniya jurnalında ölkəmiz haqqında məqalə

 

Mədəniyyətin inkişafı milli birlik hissinin canlanmasına təkan verib

  

   Böyük Britaniyanın nüfuzlu “Politics First” jurnalının sentyabr buraxılışındaAzərbaycan - Odlar yurdusərlövhəli məqalə dərc olunub.  

   Məqalənin əvvəlində Azərbaycanın yerləşdiyi coğrafi məkan, müsəlman Şərqində ilk demokratik respublika qurması qadınlara seçki hüququ verməklə Qərb dövlətlərinə nümunə göstərməsi, müstəqilliyinin bərpası, son 20 ildə keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gələcəyi adlandırılan məqalədə respublikamızın həm hasilatçı, həm tranzit ölkə olduğu xüsusi vurğulanır.

   Məqalədə Azərbaycan mədəniyyətinin zənginliyi bənzərsizliyi qeyd olunur. Bakıda tikintibumu”nun yaşandığı diqqətə çatdırılır: “Hazırda şəhərdə memarlar müasir, möhtəşəm qeyri-adi binalar tikirlər. Bu yeniliklərin sırasına şəhərlayihəsi, qeyri-adi görünüşü ilə insanı heyran qoyan Heydər Əliyev Mərkəzi, Odlar yurdunun rəmzi olanAlov qüllələri”, bükülmüş xalçanı xatırladan yeni Xalça Muzeyi, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən “Baku Crystal Hall” daxildir”.

   Azərbaycanda turizm sektorunun sürətli inkişafının qeyd olunduğu məqalədə bildirilir ki, Bakıda son illərdə çox möhtəşəm beşulduzlu hotellər tikilib istifadəyə verilib. Bakı o qədər gözəlləşib ki, burada adam darıxmır: “Bakıda Caz Mərkəzi, Akademik Opera Balet Teatrı, Dövlət Filarmoniyası digər mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərin rəmzinə çevrilən Qız qalasının da daxil olduğu İçərişəhər hazırda UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilib. Mədəniyyətin inkişafı milli birlik hissinin canlanmasına dövlətin xüsusi qayğısı sayəsində xalq musiqisi ilə yüksək səviyyəli improvizasiyanın vəhdətindən ibarət muğamın da tərəqqisinə təkan verib. Bakıdan kənarda yerləşən əyləncə parklarının gözəlliyi insanı valeh edir. Paytaxtdan kənara çıxan turistlər Qafqaz dağlarında ilin çox hissəsi qar altında qalan kiçik yaşayış məskənlərinə səyahət edə bilərlər”.

   Məqalə Azərbaycan mətbəxinin gözəlliyi və zənginliyinə dair fikirlərlə başa çatır: “Təzə meyvə-tərəvəz, dadlı ət yeməkləri və evdə bişirilmiş çörəyi ilə Azərbaycan mətbəxi Qafqazda ən ləziz mətbəx hesab edilir”.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 2.