Azərbaycan filmi Kazan festivalının
qalibi olub
Sentyabrın 11-də Rusiya Federasiyası
Tatarıstan Respublikasının
Kazan şəhərində IX Beynəlxalq Müsəlman
Kinosu Festivalının
bağlanış mərasimi
keçirilib.
2005-ci ildən
başlayaraq ənənəvi
olaraq keçirilən
festivala bu il 27 ölkə
qatılıb. Festivala təqdim
olunan 450 filmdən 50 bədii, sənədli və cizgi filmi
festivalın müsabiqə
proqramına daxil edilib.
Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə \"Azanfilm\" studiyasında çəkdiyi
\"Əriyən ada\"
sənədli filmi IX
Kazan Beynəlxalq Müsəlman
Kinosu Festivalının
\"Ən yaxşı
qısametrajlı sənədli
film\" nominasiyasının qalibi olub.
Ekran əsərində hadisələr Neftçala
rayonunun Kürdili kəndində cərəyan
edir. Burada yaşayanlar müasir,
rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün
buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri
bu yerlə bağlıdır və ona görə də həyatlarını
əriyən ada ilə birgə əritməyə qərarlıdırlar.
Sənədli filmin ssenari
müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı
isə Rauf Əliyevdir.
Qeyd edək
ki, “Əriyən ada” filmi sentyabrın 15-dən 22-dək
Gürcüstanın Batumi şəhərində
keçiriləcək “Batumi İnternational Art House Film Festival”
(BIAFF-2013) kinofestivalında da iştirak edəcək.
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 3.