Aşıq sənəti
bizim milli sərvətimizdir
“Çox şadam ki, artıq gözəl, gözoxşayan bir məktəb tikilmişdir. Bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaqdır”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar: “Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir”.
Prezident
vurğulayıb ki, qocaman,
istedadlı aşıqların fəaliyyəti, onların əməyi
gələcək nəsillər üçün
də örnək olmalıdır: “Çünki
gənc nəsil vətənpərvərlik ruhunda
və milli ruhda tərbiyə
almalıdır. Həmişə gənclərlə
görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər
bilikli, Vətənə bağlı
olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər.
Milli ruh da aşıq sənətidir. Milli
ruh bizim musiqimizdir, muğam sənətidir,
ədəbiyyatımızdır, xalçaçılıq sənətidir.
Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir,
dünyanın sərvətidir. Aşıq sənətinin vətəni
Azərbaycandır. Muğamın vətəni Azərbaycandır.
Azərbaycan xalqı çox istedadlı
xalqdır. Bu sənəti siz
yaşadırsınız və gənc nəsillərə əmanət
edirsiniz. Ona görə
bu məktəbin tikintisi
çox böyük
məna daşıyır. Azərbaycan dövləti gücləndikcə
əlbəttə ki, məktəblərin
tikintisi, musiqimizin, mədəniyyətimizin
inkişafı ilə bağlı daha da ciddi addımlar
atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir”.
Mədəniyyət.- 2013.- 13
sentyabr.- S. 4.