“Mən fəqət hüsni-xuda şairiyəm...”

 

Hüseyn Cavidin xatirəsi Monteneqroda əbədiləşdirilib

  

   Ötən il böyük şairdramaturq, mütəfəkkir Hüseyn Cavidin 130 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ölkəmizdə geniş tədbirlərlə qeyd edilib. Görkəmli ədibin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı xarici ölkələrdə də tədbirlər keçirilir.

   Sentyabrın 11-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinin tarixiKral parkı”nda Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində Bakı küçəsinin təntənəli açılış mərasimi keçirilib.

   Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyindən bildiriblər ki, tədbirdə bu ölkənin Baş naziri Milo Cukanoviç və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, diplomatlar, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

   Mərasimdə Baş nazirin müavini E.Əfəndiyev, Azərbaycanın Monteneqrodakı səfiri E.Həsənov, Monteneqronun mədəniyyət naziri B.MiçunoviçPodqoritsa şəhərinin meri M.Muqoşa çıxış ediblər. Qeyd olunub ki, Hüseyn Cavidin adının Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

   Daha sonra parkda Azərbaycan və Monteneqro dostluğununsülhün tərənnümü olan dəfnə ağacı əkilib.

   Parkın girişində Azərbaycan və Monteneqronun gerblərinin altında hər iki dildə “Kral parkı”nda yenidənqurma və abadlaşdırma işləri, Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan hökumətinin və Podqoritsa şəhər meriyasının dəstəyi ilə həyata keçirilmişdir” sözləri yazılmış lövhələr vurulub.

   Parkın inşası zamanı Azərbaycanın və Monteneqronun milli memarlıq üslublarından geniş istifadə olunub.

 

Mədəniyyət.- 2013.- 13 sentyabr.- S. 4.