Ensiklopediyamızın yeni cildlərinin Moskvada təqdimatı

 

   Rusiya Federasiyasının Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyinin dəstəyi ilə Moskva şəhərində “Böyük Rusiya Ensiklopediyası” elmi nəşriyyatı tərəfindən “Müasir ensiklopedistika: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilir.

   Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Afiq Sultanov təmsil edir.

   O, tədbirdə “Azərbaycan Milli Ensiklopediyası”nın Azərbaycan dilində 3 cildini, həmçinin ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildini (Azərbaycan və rus dillərində) təqdim edəcək.

   Konfransda müasir təhsil, elm, mədəniyyət informasiyası məkanında ensiklopediyanın yeri, milliregional ensiklopedistlərin müasir durumu və problemləri, klassik elmi ensiklopediyanın baza texnologiyaları və metodikası, internetelektron ensiklopediyaların inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulub. Beynəlxalq tədbirdə Ukrayna, Belarus, Moldova və digər ölkələrdən ensiklopediyaçı alimlər iştirak edirlər.

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 3.