Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzində “Bilik günü”
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində
birinci sinif şagirdləri
üçün “Bilik
günü”nə həsr edilmiş bayram tədbiri keçirilib.
Uşaqlar RİMM yanında fəaliyyət
göstərən rus dili
tədris-metodik mərkəzinin məktəbəqədər
hazırlıq kurslarını bitiriblər. “Rossotrudniçestvo”
agentliyinin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Valentin Denisov
birinci sinfə daxil olmuş uşaqları və onların
valideynlərini təbrik edib. Gənclərin
“Sozvezdiye” yaradıcılıq klubunun üzvləri balacalar
üçün bayram
proqramı təqdim edib. Bakı Musiqi Akademiyasının tələbələri
Ülkər Əliyeva və Nərmin Abbasova
Rusiya cizgi filmlərindən
mahnılar ifa ediblər. Bakı Xoreoqrafiya Məktəbinin şagirdi
Fərid Kazakov rəqs məharətini
göstərib. Oksana Cavadovanın ssenarisi əsasında hazırlanmış
“Meşə bizim sərvətimizdir”
adlı mini-tamaşa da
maraqla qarşılanıb.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 4.