Özbəkistandakı
Azərbaycan Mədəniyyət Mərkəzində konsert
Sentyabrın 1-də ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın dövlət müstəqilliyinin əldə etməsinin 22-ci ildönümünə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımızın nümayəndələri, Özbəkistan Qadınlar Şurasının və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş özbək xalqını, Özbəkistan vətəndaşları olan azərbaycanlıları bayram münasibətilə təbrik edib. O, ölkəmizlə gözəl münasibətlərə malik, ortaq mədəniyyətə, dilə, eyni dinə mənsub olan özbək xalqının uğurlarına Azərbaycan xalqının hər zaman şərik olduğunu bildirib və qardaş dövlətin müstəqilliyinin əbədi olmasını arzulayıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov belə mədəniyyət tədbirlərinin Daşkənddə və Bakıda tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonra “Şərq təranələri”
IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Özbəkistanda səfərdə olan Azərbaycanın
tanınmış müğənnisi Elnarə
Abdullayevanın “Şirvan” qrupunun
müşayiəti ilə muğam və xalq mahnılarımızı ifa
edib. İfaçılarımız
alqışlarla qarşılanıblar. Özbəkistanın
“Nixol” mükafatı
laureatı, populyar müğənni İsrail Saidumarov, həmçinin
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
nəzdində yaradılan “Azərbaycan qızları” rəqs
ansamblı və “Azərbaycanım” musiqi
qrupunun ifaları da
iştirakçılara xoş anlar yaşadıb.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 8.