Şamaxıya xarici turistlərin səfəri iki dəfə artıb
Füsunkar təbiəti, zəngin
keçmişi, tarixi abidələri ilə tanınan qədim
Şamaxıya son illər turistlər daha böyük maraq
göstərirlər.
Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, turizm potensialı yüksək olan bölgələrə diqqət və qayğı bu bölgədə də uğurlu nəticələr verməkdədir.
Bu ilin 8 ayında Şamaxıya 57420 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizədək çoxdur. Rayonun “Gülüstan”, “Qaleyi Bəyqurd” kimi möhtəşəm qalalarına, Kələxana, Yeddi Gümbəz abidələrinə, Cümə məscidinə, Şamaxı Astrofizika Rəsədxanasına böyük maraq bu diyara həm də xarici turistlərin axınını gücləndirib. Cari ilin ötən müddətində bölgəyə 9650 nəfər xarici turist gəlib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Rayonda
25 istirahət mərkəzi var. “Göy qurşağı”, “Dədə Qorqud”, “Qızıldaş”, “Şirvansaray”,
“Dağlar qoynunda” kimi müasir standartlara cavab verən
istirahət mərkəzlərində turistlər üçün hər şərait
yaradılıb.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 10.