“Tolerantlığın İpək Yolu marşrutu”
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin (DQİDK) dəvəti
və təşkilatçılığı
ilə “Milli Tolerantlıq Mərkəzi”
layihəsi çərçivəsində
dünyanın müxtəlif
ölkələrindən mədəniyyətlərarası
və dinlərarası
dialoq və tolerantlıq barədə
araşdırmalar aparan
nüfuzlu beynəlxalq
ekspertlərdən ibarət
qrup ölkəmizə
səfər edib.
Nümayəndə heyəti Şamaxıda
Cümə məscidini
ziyarət edib. Qonaqlara Şamaxı rayonunun tarixi keçmişini əks etdirən arxeoloji abidələrin bərpası və yenidən qurulması ilə bağlı görülən işlər
barədə məlumat
verilib. Bildirilib ki, Yaxın
Şərqdə ən
qədim müsəlman
məbədi kimi
743-cü ildə inşa
edilən Cümə məscidi 1859 və 1902-ci
illərdə baş verən zəlzələlərdən
ciddi ziyan çəkib. Məscid 1918-ci ilin mart soyqırımında
isə erməni quldurları tərəfindən
yandırılıb.
Vurğulanıb
ki, Prezident İlham Əliyevin 2009-cu il 24 dekabr
tarixli sərəncamı
ilə Cümə məscidi 2010-2013-ci illərdə
əsaslı bərpa
olunaraq yenidən tikilib.
Nümayəndə heyətinə ölkəmizin
tolerantlıq modeli haqqında da geniş məlumat verilib.
Səfər
çərçivəsində regionlarda
müxtəlif dinlərin nümayəndələri ilə
görüşlər, “Tolerantlığın İpək Yolu marşrutu”nda yer alan
və ölkəmizin çoxəsrlik tolerantlıq tarixini əks etdirən abidələrin ziyarəti
də nəzərdə tutulub.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 11.