Gəncədə
bədii fotoqrafiya üzrə ustad dərsləri
Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Gəncədə müasir incəsənət festivalı çərçivəsində bədii fotoqrafiya üzrə ustad dərsləri başlanıb. Birliyin idarə heyətinin sədri Mirnaib Həsənoğlu bildirib ki, tədbirin əsas məqsədi fotoqrafiya sahəsində qabiliyyəti olan adamları üzə çıxarmaq və onların peşə ustalığını artırmaqdır.
Sentyabrın
4-də yekunlaşacaq ustad
dərslərinin iştirakçıları “Gəncə” və
“Özünümüşahidə” mövzularında işlərini
təqdim edəcəklər. Ən yaxşı iş Gəncədə keçiriləcək
müasir incəsənət
festivalında nümayiş etdiriləcək.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 11.