“Biliklər və elm aləminə
virtual səyahət”
Regionlarda maarifləndirici animasiya
filmləri nümayiş
olunur
Gənclər və İdman
Nazirliyi tərəfindən
respublikamızın bir
sıra şəhər
və rayonlarında “Biliklər və elm aləminə virtual səyahət”
layihəsi həyata keçirilir.
Layihə çərçivəsində
maarifləndirici-animasiya filmləri
2 ədəd “Atmasfera
360” sferik kinoteatrlarında
nümayiş etdirilir.
Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) regionların yeniyetmə sakinlərinə filmləri
seyr etmək imkanı yaradılıb.
Filmlər proyektorlar vasitəsilə
360 dərəcəli kürəşəkilli
tavana salınır.
Beləliklə, filmin görüntüləri
tamaşaçıları hər tərəfdən əhatə edir.
“Kaluokahina.
Tilsimlənmiş rif” və “Kainatın sahibləri” filmləri Azərbaycan dilində nümayiş etdirilir. Hər iki film maarifləndirici
və əyləncəli
xarakter daşıyır.
Birinci film Kaluokahina rifinin
sakinləri olan balıq və başqa okean canlılarının öz
riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici
xüsusiyyətlər və
şən yumorla zəngindir.
“Kainatın
sahibləri” filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompyuter qrafikası vasitəsilə izləyicini
göylərə, açıq
kosmosa aparır.
Tamaşaçıda belə
bir hiss yaranır ki, sanki o, zalda
əyləşməyib, kanyonlara
baş vurur və açıq kosmosda uçur. Ekran əsəri kainatın böyük partlayışdan
əmələ gəlməsi
və bu günədək inkişafından
söz açır.
Filmlərin Goranboy,
Samux, Gəncə, Daşkəsən, Göygöl rayonlarında da
nümayişi nəzərdə tutulub.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 11.