Gəzən kitabxanayoluna davam edir

 

   Gənclər İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindənGəzən kitabxanalayihəsi həyata keçirilir.

   Layihənin məqsədi ölkənin müxtəlif bölgələrində gənclərin kitaba, eləcə elektron qiraətə marağını artırmaqdır. İxtisaslaşdırılmış xüsusi avtomaşında fəaliyyət göstərən səyyar kitabxanada 5 min ədəd çap 10 min ədəd elektron kitab toplanıb. Kitabxana həmçinin bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi digər texniki vasitələrlə təchiz olunub. Ötən müddətdə Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Sabirabad Cəlilabadda oxucuların görüşünə gedən səyyar kitabxananın növbəti dayanacağı Gəncə olub.

   Kitabxanada bədii ədəbiyyat, tarix, elm texnika, təhsil, siyasət, uşaq ədəbiyyatı digər mövzularda əsərlər oxucuların istifadəsinə verilir. Gəncədə qiraət günləri on gün davam edəcək. Həmçinin oxucular sevdikləri kitabların surətini pulsuz əldə edə biləcəklər.

   Kitabxanadan məhdud fiziki imkanlı insanların istifadə edə bilməsi də nəzərə alınıb. Onlara Gəncə Regional İnformasiya Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilərək göndərilmiş audiobrayl əlifbası ilə kitablar təqdim olunur. “Gəzən kitabxana” layihəsi bundan sonra Mingəçevir şəhərində qonaq olacaq.

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 15.