Kompyuter dilçiliyi

 

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Kompyuter dilçiliyi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

   Kompyuter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti və sahələrindən bəhs edən kitabın müəllifi institutun elmi işlər üzrə direktor müavini, professor Məsud Mahmudovdur.

   Nəşrdə Azərbaycan dilinin milli korpusuonun tərkib hissələri olan statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik təhlil alqoritmləri hərtərəfli şərh olunub.

   Kitabın redaktorları AMEA-nın müşaviri, akademik Ağamusa AxundovDilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur. AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən əsərə müsbət rəylər verilib.

   Monoqrafiya “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə müvafiq qaydada yazılıb. Müəllifin sözlərinə görə, kitab Dövlət Proqramında Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi məqsədilə nəzərdə tutulan internet texnologiyalarının yaradılması və inkişaf etdirilməsi işinə töhfədir.

 

Mədəniyyət.- 2013.- 4 sentyabr.- S. 15.