Azərbaycanın
fəlsəfə elmi dünya
konqresində
Yunanıstanın paytaxtı Afina
şəhərində keçirilmiş XXIII Dünya Fəlsəfə
Konqresində Azərbaycan da geniş nümayəndə heyəti
ilə təmsil olunub.
Tədbirdə tanınmış filosof, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, fəlsəfə elmləri doktorları Könül Bünyadzadə, Zakir Məmmədəliyev, Adil Əsədov, Rahid Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən Hacıyev, Əlihəsən Həmzəyev, doktorant Çinarə Məmmədova iştirak ediblər.
Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi,
ontologiya, epistemologiya,
fəlsəfə tarixi və s. konkret sahələr
üzrə bölmə iclaslarından əlavə, görkəmli
filosofların təlimlərinə həsr olunmuş
fərdi müzakirələr də keçirilib.
AMEA-nın müxbir üzvü
Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi
düşüncəsinin ortaq dəyərləri
əsasında hazırladığı yeni
fenomenoloji konsepsiya konqres iştirakçılarının diqqət
mərkəzində olub. Professor
Françesko Alfieri (Vatikan) alimin ingilis dilində nəşr olunmuş
“Həyat fenomenologiyası və İdeyanın həyatı”
kitabında irəli sürdüyü yeni ideyalar barədə məruzə
ilə çıxış edib. Professorlar Daniela Verduççi (İtaliya),
Maija Kule (Latviya) və başqaları azərbaycanlı
filosofun təlimini fenomenologiyanın Şərq
düşüncə ənənələri üzərində
qurulmuş yeni istiqaməti
kimi dəyərləndiriblər.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 15.