Muğam irsinin kitabxanalarda təbliğinə dair
metodiki tövsiyə
Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsi tərəfindən muğam irsinin kitabxanalarda təbliğinə dair metodiki tövsiyə hazırlanıb.
Metodiki
tövsiyə muğam sənətinin əhəmiyyətindən,
müasir dövrdə onun
inkişafına yaradılmış şəraitdən və
mədəni irsimizin bu
növünün kitabxanalarda
təbliğinin əhəmiyyətindən bəhs edir. Qeyd olunur
ki, kitabxanalarda
vaxtaşırı olaraq muğam
gecələrinin, sərgi və oxucularla
söhbətlərin təşkili məqsədəuyğundur.
Metodiki tövsiyədə “Segah yanğısı”, “Humayun
dastanı”, “Oxu, tar”,
“Havalansın Xanın səsi”, “Qarabağ
şikəstəsi” və digər mövzularda
sərgilərin keçirilməsi də təklif edilib.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 15.