Milli Kitab
Mükafatı qaliblərinin əsərləri nəşr olunub
2013-cü il üzrə Milli Kitab Mükafatının qalibləri olmuş Zakir Sadatlı, Pərvin Nurəliyeva və Malik Dursunovun əsərləri nəşr olunub. Kitablar Bakının bütün kitab evlərində satışda olacaq. Nəşrləri internet vasitəsilə www.alinino.az saytından da sifariş vermək mümkündür. Qısa müddətdə kitabların elektron variantlarını həm mobil telefon, həm planşet, həm də kompyuter vasitəsilə oxumaq mümkün olacaq.
Milli
Kitab Mükafatı 2009-cu ildə “Əli
və Nino” nəşriyyat evi
tərəfindən təsis edilib.
Mükafatın əsas məqsədi ictimai
diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi,
ədəbi əsərlərin üzə
çıxarılması və
stimullaşdırılmasıdır.
Mədəniyyət.- 2013.- 4
sentyabr.- S. 15.