Moskvada beynəlxalq kitab bayramı

 

   Tədbir çərçivəsində X Beynəlxalq "Kitab sənəti" müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarına mükafatlar təqdim olunub

  

   Xəbər verdiyimiz kimi, sentyabrın 4-də XXVI Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb. Ümumrusiya Sərgi Mərkəzinin 36 min kvadratmetrlik 75-ci pavilyonu nəhəng kitab şəhərciyinə çevrilib.  

   Sentyabrın 9-dək davam edəcək builki sərgi-yarmarkada 57 ölkə təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və şöbənin məsləhətçisi Faiq Xudanlı iştirak edirlər.

   Açılış mərasimində çıxış edən “Rosnəşr” agentliyinin rəhbəri Mixail Seslavinski sərgi-yarmarkaya qatılan 1241 nəşriyyatın 10 müxtəlif dildə 200 minə yaxın kitabı oxuculara təqdim edəcəyini vurğulayıb. Builki sərginin fəxri qonağı Macarıstandır.

   Sərginin birinci günündə elektron kitab sistemində yeniliklərə həsr olunmuşKitab baytforumun açılışı olub.

   Daha sonra MDB ölkələrinin X Beynəlxalq "Kitab sənəti" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Moskvanın “Yeni opera” teatrında 10 nominasiya üzrə qaliblərə mükafatlar təqdim edilib.

   Xatırladaq ki, MDB ölkələrinin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsi bu il mayın 23-24-də Belarusun paytaxtı Minskdə gerçəkləşib. Ölkəmiz bir qayda olaraq müsabiqədə uğurla təmsil olunur. Bu il də kitablarımız yüksək yerlərə layiq görülüb.

   Müsabiqədə Azərbaycan kitabları 3 nominasiyada birincilik qazanıb. “Art kitabnominasiyasında Nizami GəncəvininTəhsilnəşriyyatında nəşr olunanLirikakitabı, “Mədəniyyət. Elm. Təhsilnominasiyasında Ədalət Vəliyevin müasir teatrın strukturlaşma proseslərindən bəhs edən kitabı (“Leyla Əfəndiyevanın nəşr evi”), “Mənim ölkəmnominasiyasında isə şair Vaqif Bəhmənlinin “Elm təhsilnəşriyyatında işıq üzü görənMaqomayev planetikitabı birinci yeri qazanıb.

   Şərq-Qərbnəşriyyatında çapdan çıxan “Ana” kitabıUşaq gənclər üçün kitabnominasiyasında xüsusi diploma layiq görülüb.

   Ölkəmiz ənənəvi olaraq Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Builki sərgidə də Azərbaycan kitabları, ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafını göstərən nümunələr nümayiş olunur.

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 2.