“Elmdə ad”
Azərbaycan alimi beynəlxalq
mükafata layiq görülüb
Tanınmış
ədəbiyyatşünas alim,
AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli elm,
texnologiya, təhsil sahəsində Beynəlxalq
Sokrat Komitəsi, Avropa
Biznes Assambleyası, Avropa
Rektorları Klubu və dünyanın 16
aparıcı dövlətinin mötəbər
elmi-yaradıcı birliklərinin təsis etdiyi
“The Name in Science Award”
(“Elmdə ad”) mükafatına layiq görülüb.
Mükafatın təqdimetmə mərasimi dekabr
ayında Avropanın böyük elmi mərkəzlərindən biri
olan Oksford Universitetində
keçiriləcək.
Mədəniyyət.- 2013.- 6
sentyabr.- S. 3.