Gənclər Pyatiqorskda beynəlxalq tədbirdə iştirak ediblər
“İrəli” İctimai Birliyinin nümayəndə heyəti Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2013” gənclər forumunda iştirak edib. Rusiyanın Təhsil və Elm Nazirliyi, Gənclərlə İş üzrə Federal Agentliyi, Stavropol vilayətinin gənclərlə iş üzrə komitəsi və Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi aparatının təşkilatçılığı ilə keçirilən tədbirə Ukrayna, Sloveniya və Çexiyadan da gənclər qatılıb.
Forum iştirakçıları Rusiyanın dövlət rəsmiləri, özəl sektorun nümayəndələri ilə görüşüblər. Gənclər aktual mövzular üzrə təşkil olunan seminarlarda iştirak edib, diskussiyalar aparıblar.
Gənclərimiz
tərəfindən forum
iştirakçılarına Azərbaycanın tarixini və mədəniyyətini əks
etdirən hədiyyələr təqdim edilib.
Mədəniyyət.- 2013.- 6
sentyabr.- S. 3.