Televiziyaradioda ədəbi dilin qorunması ilə bağlı monitorinq

 

   Azərbaycanın radioteleviziya kanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlanılıb. AMEA-nın Humanitarİctimai Elmlər Bölməsindən bildiriblər ki, yerli radioteleviziya kanallarında monitorinqin aparılması üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb.

   “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası üçün məsul qurumların nümayəndələrindən təşkil olunmuş işçi qrupu sədrinin müavini, AMEA Dilçilik İnstitutunun əməkdaşı, professor Həbib Zərbəliyev bildirib ki, monitorinqlərdən sonra nəticələr sistemləşdiriləcək. Bundan sonra monitorinqin nəticələrindən asılı olaraq sentyabrın sonlarında Milli TeleviziyaRadio Şurası tərəfindən müəyyənləşdirilən aparıcılar üçün treninqlər keçiriləcək.

   Həbib Zərbəliyev KİV-in müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onların mövcud problemlərinin aradan qaldırılması məqsədilə televiziyaradio kanallarında monitorinqlərin mütəmadi olaraq aparılacağını bildirib.

   Monitorinqin nəticələri iki həftədən sonra məlum olacaq.

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 3.