“Azərbaycan tarixinin 10 ili

 

Moskvada ölkəmizin hərtərəfli inkişafından bəhs edən kitab çapdan çıxıb

  

   Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin “Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər” kitabı çapdan çıxıb.  

   Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildiriblər ki, kitab müəllif tərəfindən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsidir.

   Beş fəsildən ibarət nəşrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın müstəqil daxilixarici siyasətinin inkişafı, regionda yerirolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilib.

   Kitabın 1-2-ci fəsillərində “Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi”, “Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru”, 3-cü fəslində “İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçikorta sahibkarlığa dəstək”, “İnformasiyakommunikasiya texnologiyaları”, “Gələcəyə baxış - Azərbaycan-2020”, 4-cü fəslində “Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin oriyentasiyası”, “Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi”, “Dünya birliyində özünümüəyyənetmə”, “İslam dünyası ilə əlaqə - praqmatizmbalans”, 5-ci fəslində isə “Yeni siyasi məkan və müasirləşdirilmə”, “Yaradıcı gənclər - Azərbaycanın inkişafının generatorudur” mövzuları əksini tapıb.

   Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərib.

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 4.