Azərbaycanlı balerina “Rus balet ulduzları” festivalında
Azərbaycanın
Əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Çinarə Əlizadə
Finlandiyanın Laxti şəhərindəki “Sibeliustalo”
konsert zalında keçirilən “Rus balet ulduzları” festivalında iştirak edib.
Festivalda Böyük Teatrın, Mariinski, Mixaylovski teatrlarının balet truppaları yeni proqram təqdim ediblər. Proqramda həm klassik,
həm də müasir xoreoqrafiyanın ən yaxşı əsərləri yer alıb.
Çinarə Əlizadə Moskvada doğulub. O, 1995-ci ildə Rusiya paytaxtındakı Humanitar Universitetin nəzdində Balet Akademiyasına daxil olub və Natalya Nesterovadan balet sənətinin sirlərini öyrənib. Universitetdə 3 il təhsil aldıqdan sonra 1999-cu ildə Moskva Xoreoqrafiya Akademiyasına daxil olub. Akademiyada təhsil alarkən aparıcı rollar ifa edib.
Azərbaycanlı
balerina 2005-ci ildə Moskvada
Beynəlxalq artistlər və xoreoqraflar
müsabiqəsində birinci yerə layiq görülüb və
bundan sonra Böyük Teatrın balet
truppasına dəvət alıb.
Mədəniyyət.- 2013.- 6
sentyabr.- S. 4.