Abay”ın növbəti uğuru

 

   Xəbər verildiyi kimi, avqustun 27-dən 30-dək Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyinin təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Zaqatala şəhərində Şəki-Zaqatala zonası üzrə gənclərin folklor festivalının zona baxışı keçirilmişdir. Tədbirdə Şəki şəhəri, Zaqatala, Balakən, Qax, Oğuz Qəbələ rayonlarından 18 folklor kollektivi iştirak etmişdir.

   Şəki rayonu Şorsu kənd folklor klubununAbayrəqs kollektiviŞəkirəqsini məharətlə ifa etmiş II yerə layiq görülmüşdür.

   Abayrəqs kollektivi 1980-ci ildən fəaliyyət göstərir. Yaradıcı qrupun üzvləri qədim Azərbaycan, ləzgi, rutul rəqslərinin mahir ifaçısıdırlar. Kollektivin rəhbəri Şorsu kənd folklor klubunun müdiri Raqif Məmmədovdur.

   Hazırda kollektivin əsas məqsədi 2014-cü ilin may ayında Bakı şəhərində keçiriləcək Gənclərin Folklor Festivalının yekun mərhələsində uğurla çıxış etməkdir.

  

   Vaqif Kərimov,

 

   Şəki Şəhər Mədəniyyət Mərkəzinin direktoru

 

Mədəniyyət.- 2013.- 6 sentyabr.- S. 15.