Azərbaycan-Yunanıstan
əlaqələri müzakirə olunub
Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunanıstan Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə katibi Panagiotis Mihalosla görüşüb.
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Yunanıstan əlaqələrinin, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahələrində də səmərəli inkişaf etdiyini vurğulayan nazir bu münasibətlərin beynəlxalq qurumlar çərçivəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Öz növbəsində qonaq Azərbaycan Prezidentinin Yunanıstanla münasibətlərin inkişafına böyük diqqətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu səylərin konkret layihələr üzərində artırılacağına ümid etdiyini bildirib.
Sonda hər iki
tərəf işgüzar əlaqələrin gələcəkdə
daha da möhkəmlənəcəyinə əminlik ifadə
edib.
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 2.