V Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı davam edir
Heydər
Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə keçirilən
V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında konsert təqdim edilib. Konsert dahi alman bəstəkarı
Rixard Vaqnerin anadan olmasının 200 illiyinə həsr edilib.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrini görkəmli dirijor Peter Rundel idarə edib. Konsertin solisti Almaniyadan Bricit Pinter (soprano) olub.
Proqramda Rixard Vaqnerin “Nyurnberq meysterzingerləri”,
“Parsifal”, “Tristan və İzolda”,
“Valkiriya”, “Tanrıların
süqutu” və digər operalarından parçalar ifa olunub.
Mədəniyyət.-
2013.- 20 sentyabr.- S. 2.