Türk xalqlarının müasir musiqisindən ibarət kamera konserti

 

   Sentyabrın 19-da Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda türk xalqlarının müasir musiqisindən ibarət kamera konserti təqdim olunub.

   V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən konsertdən öncə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə dahi sənətkarın Azərbaycan musiqisinin inkişafında tarixi xidmətlərindən söz açıb.

   Konsert proqramında Əziz Qarayusiflinin ifasında Türkiyə bəstəkarı Özkan Manavın solo klarnet üçünTaksim” əsəri, Şəhriyar İmanovun ifasında solo tar üçün “7 məqam”, Mədinə Şahgəldiyeva (kamança) və Sevinc Kərimovanın (piano) ifasında Dadaş Dadaşın kamançapiano üçün “Şərq kapriççiosu”, Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Sərdar Fərəcovun iki piano üçünKonsert süitası” səsləndirilib.

   Proqramda həmçinin tatar bəstəkarı Rəşid Kalimullinin soprano, fleyta, violonçel, piano üçünRivayat” poeması, özbək bəstəkarı Rüstəm Abdullayevin piano üçünNovruz freskaları”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın solo violin üçünŞövq”, qazax bəstəkarı Artık Toksanbayevin trio üçünSteppe sketshes” əsərləri ifa olunub. Əsərləri Fatimə Cəfərzadə (soprano), Nicat Salmanov (fleyta), Eyyub Əliyev (violonçel), Leyla Əliyeva (soprano), Aynur Xəlilova (violin), Ümidə Abbasova (violin) səsləndirib.

   Tanınmış xanəndə Mütəllim Dəmir Şəhriyar İmanov (tar) və Elvin Novruzovun (kamança) müşayiəti ilə Şəfiqə Axundovanın “Neyçin gəlməz” mahnısını oxuyub.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 11.