Regional yerli turizmin planlaşdırılması

 

Tvinninq layihəsi çərçivəsində növbəti seminar Lənkəranda keçirilib

  

   Avropa İttifaqının «Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı Tvinninq layihəsinin 1-ci komponenti çərçivəsində «Regional yerli turizmin planlaşdırılması idarə olunması» adlı növbəti seminar sentyabrın 12-də Lənkəranda keçirilib.  

   Qalamehmanxanasında gerçəkləşən seminarda nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, layihə rəhbəri Florian Sengstşmid, daimi Tvinninq müşaviri Daiva Kirkilaite-Çetkuti, layihənin mütəxəssisi Ferdinand Posnik iştirak edib. Seminarlara icra hakimiyyəti, bələdiyyələr, mehmanxanalar, turizm informasiya mərkəzləri, rayon mədəniyyət turizm şöbəsi, muzey qoruqların nümayəndələri qatılıb.

   Tədbirin məqsədi «Turizm məkanlarının idarə olunması» mövzusunda iştirakçılara əsas nəzəri biliklərin çatdırılması, həmçinin Avstriyanın bu sahədə təcrübəsini nəzərə alaraq, müvafiq məlumatların verilməsi gələcəkdə turizm ərazilərinin effektiv şəkildə istifadə olunmasına köməklik göstərilməsidir.

   Seminarda layihənin rəhbəri Florian Sengstşmid mütəxəssisi Ferdinand Posnik tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması inkişafı, turizm məkanının təbliğatı digər mövzulara dair məlumat verilib, ölkəmizin coğrafi tarixi baxımından zəngin olan ərazilərini maraqlı cəlbedici turizm məkanlarına çevirmək məqsədilə həmin məlumatlardan istifadə olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, göstərilən xidmətlərin səviyyəsi, peşəkar işçilərə tələbat, turizm marşrutlarının birləşdirilməsi kimi məsələlərə toxunulub. Əlavə olaraq turistlər üçün yerləşmə obyektlərinin sayının çoxluğuna baxmayaraq, bir çox hallarda xidmət səviyyəsinin aşağı olduğu bildirilib.

   Qeyd edək ki, layihə çərçivəsində birinci seminar sentyabrın 10-da İsmayıllıda keçirilmişdi. Hər iki şəhərdə reallaşdırılan seminarda layihə mütəxəssisləri tərəfindən müxtəlif məsləhətlər verilib. İştirakçılar bu tipli seminarların əhəmiyyətini vurğulayıb, turizm potensialı yüksək olan yerlərdə peşəkar turizm bələdçilərinin olmasının zəruriliyini diqqətə çatdırıblar.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 11.