Sərgilər
işimizə yeni nəfəs gətirir
“Əvvəllər biz
xarici ölkədə nəşr edilən
kitabın mükəmməlliyinə heyrətlə
baxırdıqsa, bu gün
artıq xarici qonaqlar bizim kitabların keyfiyyəti ilə
maraqlanır”
Paytaxtımızın ev sahibliyi etdiyi beynəlxalq kitab bayramında ölkəmizin bütün aparıcı nəşriyyatları iştirak edir. Sərgi-yarmarkaya qatılan bir neçə nəşriyyatın direktoru tədbir barədə fikirlərini bizimlə bölüşdü, eyni zamanda rəhbərlik etdikləri müəssisələrin işi, son dövrdə nəşr etdikləri kitablar barədə danışdılar.
“Əli və Nino”
nəşriyyatının direktoru Nigar Köçərli:
- Çox sevindirici haldır ki, Azərbaycanda artıq üçüncü dəfədir beynəlxalq kitab sərgisi keçirilir. Ümumiyyətlə, sərgi çox faydalı bir tədbirdir. Çünki burada eyni məslək sahibləri müxtəlif ideyalarla bir araya gəlir, fikir mübadiləsi aparırlar. Kitab sərgiləri zamanı nəşriyyatlar birbaşa oxucularla ünsiyyətə girir, yeni məlumatlar verir, onların rəy və fikirləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu baxımdan Bakıda təşkil edilən kitab sərgi-yarmarkasını yüksək dəyərləndirirəm.
«Əli və Nino» nəşriyyatı dünyanın bir çox ölkələrində kitab sərgilərdə iştirak edir. 2013-cü ildə London və Moskvada təşkil olunan sərgilərdə təmsil olunmuşuq. Oktyabrda Almaniyanın Frankfurt şəhərində keçiriləcək sərgiyə qatılacağıq. Sərgilər bizim işimizə yeni nəfəs gətirir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da maraqlı bir stendlə çıxış edəcəyik. Stendimizdə endirimli kitab satışını təşkil etməyi də planlaşdırmışıq.
Nəşriyyatımız əsasən dünya ədəbiyyatından tərcümələrin çapı ilə məşğuldur. Bu yaxınlarda əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin üçüncü kitabını nəşr etmişik. Hətta nəşriyyatımızın bu müəlliflə müqaviləsi də var. Rusiyada, Türkiyədə onun kitabları hələ çapdan çıxmadığı halda, Azərbaycan oxucuları öz dilimizdə məşhur yazıçının sonuncu kitablarını oxuya bilir. Artıq bir neçə həftədir ki, onun üçüncü kitabı satışdadır.
Bundan başqa, «Dünya klassikləri» seriyasından 10-a yaxın kitab nəşr etmişik. Rus yazıçısı F.Dostoyevskinin «İdiot», L.Tolstoyun «Anna Karenina» əsərlərini, Ş.Brontenin «Ceyn Eyr», V.Hüqonun «Səfillər» və s. kitabları oxucularımıza təqdim etmişik. Hazırda bu seriyanı davam etdiririk. Cek Londonun, Mark Tvenin əsərlərini çap edirik.
Son vaxtlar uşaq ədəbiyyatı ilə də ciddi məşğul oluruq. Uşaqlar üçün ayda bir neçə yeni kitabımız işıq üzü görür. Son nəşr etdiyimiz “Azərbaycan xalq nağılları” və «Sehrli nağıllar» adlı hədiyyəli bir kitabdır. Burada həmçinin Qrim qardaşlarının, Hans Kristian Andersenin məşhur nağılları da yer alıb.
Nəşriyyatımız müxtəlif müsabiqələr də təşkil edir. Biz həm də “Milli Kitab Mükafatı”nın təsisçisiyik. Bu, Azərbaycan ədəbiyyatı sahəsində böyük layihələrdən biridir. Hər il bizim münsiflər heyəti tərəfindən üç ən yaxşı yazar seçilir və ona pul mükafatı təqdim edilir.
«Aspoliqraf
LTD» MMC-nin direktoru Tural Axundov:
- Azərbaycanda
belə böyük formatda kitab sərgi-yarmarkasının keçirilməsi
çox yaxşı haldır. Nəşriyyatımız bundan əvvəlki
iki yarmarkada iştirak edib. Xaricdən gələn qonaqlarla tanışlıq, əlaqələrin
genişlənməsi baxımından
bu tədbirlər bizə çox şeylər verir.
Birinci sərgidə iştirak edən Ukrayna, Türkiyə, İran və s. ölkələrin
nəşriyyatları ilə
tanışlığımız sonradan əməkdaşlığa
çevrilib. Azərbaycanda çap, poliqrafiya sahəsində ciddi irəliləyiş var. Əgər
əvvəllər biz hansısa
xarici ölkədə
nəşr edilən kitabın mükəmməlliyinə
heyrətlə baxırdıqsa,
bu gün artıq xarici qonaqlar bizim kitabların keyfiyyəti ilə maraqlanır. Artıq xarici ölkələrdən
də sifarişlər
alırıq. Bu bizim uğurumuzdur.
Nəşriyyatımız oxucuların tələbatına
cavab verməyə çalışır. Əsasən dərslik nəşri ilə məşğul olsaq da, dünya
ədəbiyyatından tərcümələri
də çap edirik. Bu il
«Diana: günahsız günahkar»
adlı bir kitab nəşr etdik və oxucular
tərəfindən çox
maraqla qarşılandı.
Bəzən deyirlər ki,
indi kitab oxunmur. Amma mən bu fikrin əleyhinəyəm.
Gənclərimiz getdikcə kitab
oxumağa daha çox meyl edir. Təbii ki, onları
daha çox məhəbbət romanları
və detektiv janrda əsərlər cəlb edir. Son vaxtlar Bakıda
kitab evlərinin sayının artması da sübut edir
ki, kitab oxumağa maraq yüksəkdir.
Ölkəmizdə keçirilən bu sərgidə də yaxından təmsil olunacağıq.
Stendimizi
yüksək tərtibatla
qurmuşuq. Burada əsasən
bədii kitablar yer alacaq. Sərginin sonuncu günü müəyyən endirimlərlə
kitab satışı
da olacaq.
Bizim əsas məqsədimiz
odur ki, sərgi-yarmarkaya gələn
qonaqların ölkəmiz
haqqında yüksək
təəssüratlarla getməsinə
nail olaq. Mədəniyyətimizi, qonaqpərvərliyimizi, kitab
işi sahəsindəki
inkişafımızı onların
diqqətinə çatdıraq.
«Əfəndi» MMC-nin direktoru Leyla Əfəndiyeva:
- Nəşriyyatımız
bundan əvvəlki sərgi-yarmarkalarda iştirak
edib. Budəfəki sərgiyə də
ciddi hazırlaşmışıq.
Ümumiyyətlə, bu
il nəşriyyatımız
üçün uğurlu
olub. May ayında
Minskdə keçirilən
MDB ölkələri “Kitab
sənəti” müsabiqəsində
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevin bizim nəşriyyatda işıq
üzü görən
“Müasir teatrın strukturu” kitabı birinci yeri qazandı.
Bu günlərdə Moskvada keçirilən
26-cı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasında həmin
müsabiqə qaliblərinin
mükafatlandırma mərasimi
oldu. İngilis dilində çap
olunan kitabın məzmunu ilə yanaşı, keyfiyyətli
tərtibatı da mütəxəssislər tərəfindən
yüksək qiymətləndirildi.
2010-cu ildə nəşriyyatımızda
işıq üzü
görən «Mədəniyyət»
kataloqu Moskvada keçirilən beynəlxalq
müsabiqədə «İlin
ən gözəl jurnalı» nominasiyasında
3-cü yeri tutmuşdu.
Ötən il
nəşriyyatımız tərəfindən
ingilis dilində «Azərbaycan nağılları»
adlı kitab çap olundu. Azərbaycanın Xalq rəssamı
Arif Hüseynovun gözəl illüstrasiyaları
ilə nəşr olunan nəfis tərtibatlı kitab böyük maraqla qarşılandı.
Sərgilər kitablarla, nəşriyyat-poliqrafiya
işi ilə tanışlıq baxımından
çox əhəmiyyətlidir.
Ona görə də təkcə Azərbaycanda
deyil, eyni zamanda xarici ölkələrdə keçirilən
kitab sərgilərində
də yaxından iştirak etməliyik.
Budəfəki sərgi-yarmarkada böyük bir stendlə çıxış
edəcəyik. Burada həmçinin
kitablarımızın, jurnallarımızın
müəyyən güzəştlərlə
satışını da
təşkil etməyi
düşünürük. Hesab edirəm ki, sərgiyə gələn
ziyarətçi buradan
əliboş getməməlidir.
“Mütərcim” Tərcümə
və Nəşriyyat-Poliqrafiya
Mərkəzinin icraçı
direktoru Əliş Ağamirzəyev:
- III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına çox
ciddi hazırlaşmışıq.
Çünki bu tədbir
bizim gələcək
beynəlxalq əlaqələrimizin
daha da genişlənməsinə
təkan verəcək.
Bundan öncəki iki sərgi-yarmarkada da iştirak etmişdik.
Həmin tədbirlər
zamanı yerli və xarici nəşriyyatlarla əlaqələr
qurduq, çap sahəsində bir çox yeniliklərlə
tanış olduq. Ötən iki ildə fəaliyyətimizi, əldə
olunan nailiyyətləri
budəfəki sərgidə
nümayiş etdirəcəyik.
Bu sərgidə də dünyanın nəhəng kitab istehsalçılarının, aparıcı ölkələrin
nəşriyyatlarının iştirakı gözlənilir.
Çalışacağıq ki, qonaqlara respublikamızda kitab nəşrinin, poliqrafiya mədəniyyətinin yüksəliş
mərhələsində olduğunu
bir daha əyani şəkildə
göstərək. Ümumiyyətlə, kitab sərgi-yarmarkasının
keçirilməsi poliqrafiya
müəssisələrinin burada təmsil olunması və əldə olunan nailiyyətlərin nümayişi
gələcəkdə yeni
perspektivlər üçün
zəmin yaradır.
Sərgidə 450-500 adda çap
məhsulu ilə təmsil olunacağıq.
Həmin nəşrlərdən
Fəxrəddin Veysəllinin
“Dilçiliyin əsasları”,
Kamal Abdullanın “Dilçiliyə səyahət”,
Süleyman Əliyarlının
“Tariximiz”, İltifat Şahsevənlinin “İstiqlal
fədailəri”, Rövşən
Raqifoğlunun “Avropada
Azərbaycan diasporu” və s. kitabları göstərə bilərəm.
Ümid edirəm ki, müəssisəmizin istehsal
etdiyi nəşrlər
poliqrafik səriştəmizi
kifayət qədər
əks etdirə biləcək.
Xatırladım ki, ötən
sərgi-yarmarkada Belarus, Ukrayna,
Rusiya və Qazaxıstan respublikalarının
kitab istehsalçıları
bizim nəşrlərə
böyük maraq göstərdi. Fəaliyyətimiz, uğurlarımız haqqında
onlara geniş məlumat verdik. Onlar nəşriyyatımızın istehsal etdiyi kitabların bütün parametrlərə cavab verdiyini və dünyanın bir çox tanınmış
çap şirkətlərinin
məhsulları səviyyəsində
olduğunu qeyd etdilər. Hətta bizim nəşriyyatla
əməkdaşlıq etməyə
də hazır olduqlarını bildirdilər.
Biz də
bu əməkdaşlığa
maraq göstəririk.
Gürcüstan, Macarıstan,
İran və Rusiyada keçirilən kitab sərgilərində
iştirak etmişik.
Paytaxtımızda üçüncü dəfə gerçəkləşəcək
beynəlxalq kitab sərgi-yarmarkası hər
şeydən əvvəl
Azərbaycan kitabının
təbliğinə təkan
verəcək. Naşirlərimizin xarici ölkələrdən
olan həmkarları ilə təcrübə mübadiləsi aparmasına
şərait yaranacaq.
Və təbii ki, sərgi-yarmarka həm də naşirlərin oxucularla böyük bir görüşüdür.
Fəxriyyə
Abdullayeva,
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 13.