Milli Musiqi Günü
Astarada qeyd olunub
18 sentyabr
- Milli Musiqi Günü ilə bağlı Astara şəhərindəki uşaq
musiqi məktəbində
mərasim keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Heydər
Əliyev Mərkəzində
ümummilli liderin büstünün önünə
gül dəstələri
düzərək xatirəsini
ehtiramla yad etdilər.
Mərasimdə çıxış edənlər iştirakçıları
musiqi bayramı münasibətilə təbrik
etdilər. Bildirildi
ki, ümummilli liderin 1995-ci ildə Üzeyir Hacıbəylinin
110 illik yubileyi ilə əlaqədar imzaladığı fərmanla
hər il
sentyabrın 18-i, dahi bəstəkarın doğum
günü ölkəmizdə
Milli Musiqi Günü kimi bayram edilir.
Sonra konsert proqramı
təqdim olundu. Konsertdə Üzeyir Hacıbəylinin mahnıları
ifa edildi, “Arşın mal alan”
operettasından musiqilər
səsləndirildi.
Konsertdən sonra ötən
dərs ilində Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
ifaçılıq müsabiqəsinin
qalibi olmuş 3 şagirdə diplomlar təqdim edildi. Rayonun mədəni tədbirlərində
fəal iştirak edən şagirdlər də fəxri fərmanlarla təltif olundular.
Əfqan
Şəfiyev,
Astara Rayon Mədəniyyət və Turizm
Şöbəsinin məsləhətçisi
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 15.