Musiqi Günü münasibətilə tədbirlər

 

   Sentyabrın 18-də Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət evində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib. Əhməd Bakıxanov adına uşaq incəsənət məktəbinin və şəhər Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilən tədbirdə dahi Üzeyir Hacıbəylinin şərəfli ömür və yaradıcılıq yolundan bəhs edilib, xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

   Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 128 illiyiMilli Musiqi Günü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində də konsert təşkil edilib.

   Muğam Mərkəzində keçirilən konsertdə rayon musiqi məktəblərinin kollektivləri dahi bəstəkarın əsərlərini səsləndiriblər.

   Milli Musiqi Günü Yevlax şəhərində də qeyd olunub. Mərasimdə incəsənət ustaları bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediblər. “Koroğlu” operasından uvertüra, mahnı, romans, muğam və təsniflər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 15.