Qax xalq
teatrında “Ər və arvad”
Milli Musiqi Günü münasibətilə Səməd Vurğun adına Qax rayon Mədəniyyət evinin xalq teatrı sənətsevərlərə dahi bəstəkarın “Ər və arvad” operettası əsasında hazırlanmış yeni tamaşanı təqdim edib. Nümayişdən əvvəl bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb.
Tamaşanın rejissoru Gülşad Paşayeva, rəssamı Fuad Muradovdur. Əsas rolları teatrın aktyorları Fikrət Ramazanov, Anay Məmmədova, Qurbanəli Şahmərdanov, Ceyran Rəcəbova ifa ediblər. Tamaşa maraqla qarşılanıb.
Qeyd
edək ki, rayon mədəniyyət
evində fəaliyyət göstərən dram
kollektivinə 1982-ci ildə xalq teatrı statusu verilib.
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S. 15.