Aşıq Kamandarın doğma kəndində büstüev-muzeyi açılıb

 

   Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Kəpənəkçi kəndində ustad aşıq Kamandar Əfəndiyevin büstününev-muzeyinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə gerçəkləşib.

   Mərasimdə iştirak edən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria Aşıq Kamandarın 80 illik yubileyinin Tbilisidə təntənəli surətdə qeyd edildiyini, sənətkarın kəndində büstünün ucaldılmasının onun xatirəsinə ehtiramın nümunəsi olduğunu vurğulayıb. Nazir aşığın ev-muzeyinə status veriləcəyini bildirib.

   Folklorşünas Məhəmmədəli Məşədiyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu sənətkarın yaradıcılığından söz açıblar. Aşıq Kamandarın övladı Əflatun Əfəndiyev ailəsi adından ustadın xatirəsini əziz tutanlara minnətdarlıq edib.

   Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbir aşıqların gözəl ifaları ilə başa çatıb.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 15.