Zamanda məkan”

 

Berlində azərbaycanlı rəssamın sərgisi

  

   Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Rusiyanın “Elm və Mədəniyyət Evi”ndə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun “Zamanda məkan” adlı sərgisi açılıb. Tədbir ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

   Sərgidə Əşrəf Heybətovun fəlsəfi və abstrakt janrda çəkilmiş əsərləri ilə yanaşı, Moskvada yaşadığı dövrlərdə çəkdiyi Rusiya təbiətinə həsr olunmuş peyzajları da nümayiş olunub. Ümumilikdə rəssamın 30-dək əsəri sərgilənib.

 

Mədəniyyət.- 2013.- 20 sentyabr.- S. 15.