Üzeyir evinin qonaqları”

 

   Sentyabrın 24-də V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” layihəsinin növbəti tədbiri keçirilib. Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin nəzdində yaradılmış istedad mərkəzinin üzvləri iştirak ediblər.

   Proqramda dünya şöhrətli Azərbaycan bəstəkarlarından NiyazininRast”, Fikrət Əmirovun “Ballada”, Vasif Adıgözəlovun “Qərənfil”, Tofiq Quliyevin “Qaytağı”, Arif Məlikovun “Prelüd” və digər musiqi nömrələri ifa olunub.

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 2.