“Doğma
ocaq” filminin növbəti
mükafatı
Sentyabrın
13-dən 21-dək Vyanada “LET'S
CEE” beynəlxalq film festivalı
keçirilib. Festivalda 30 ölkədən
60-dan artıq aktual mövzulu bədii və sənədli filmlər, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunub.
Azərbaycanlı rejissor Rodion
İsmayılovun “Doğma
ocaq” filmi festivalın münsiflər
heyətinin xüsusi mükafatına layiq görülüb.
Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək
istehsalı olan film iki ölkənin nazirliklərinin dəstəyi
ilə Tovuz rayonun Köhnəqala kəndində çəkilib.
Filmin operatoru Mixail Qorobçuk, bəstəkarı Vladimir Kuptsov,
montaj edəni Svetlana Lyadvina, prodüserləri Rodion İsmayılov,
Svetlana Dalskaya, Elçin
Musaoğlu, Xaqani
Həşimovdur.
Ekran əsəri
indiyədək bir sıra beynəlxalq festival və müsabiqələrdə mükafatlara layiq görülüb.
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 2.