Musiqi festivalı çərçivəsində
vokal konserti
Sentyabrın 23-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində
V Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
vokal musiqi konserti oldu.
Tədbiri muzeyin direktoru,
Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin
doğum gününün
milli musiqi bayramı kimi qeyd edildiyini, bu ənənənin
1995-ci ildə ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulduğunu vurğuladı.
Bildirdi ki, bu, ulu
öndərin təşəbbüsü
ilə Üzeyir Hacıbəylinin ad gününə
bir hədiyyədir.
Vokal musiqi konserti
barədə danışan
A.Bayramova qeyd etdi ki, belə
tədbirlərin keçirilməsi
gənc ifaçılara
öz istedadlarını
nümayiş etdirmək
və musiqi aləmində tanınmaq üçün imkanlar yaradır.
Sonra söz musiqiçilərə
verildi. Bakı Musiqi Akademiyasının
II kurs tələbəsi
Məhərrəm Hüseynli
Volfqanq Amadey Motsartın “Don Juan”, Qaetano
Donisettinin “Don Paskuale”
operalarından, Ferens Leqarın “Sən dul qadın” operettasından parçalar
təqdim etdi. BMA-nın IV kurs
tələbəsi Dilarə
Əliyeva “Fiqaronun toyu” (Motsart) və “Don Paskuale” operalarından ariyalar oxudu. BMA-nın
məzunu Cəlal Kərimov “Neapolitan” mahnısını
ifa etdi. Vokalçıları fortepianoda İlahə
Sadıqzadə müşayiət
edirdi.
S.Fərəcov
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 5.