TÜRKSOY-un yubileyinə Üzeyir dühasından musiqi payı

 

Arşın mal alan”ın 100 illiyi Parisdən sonra Strasburqda da qeyd olunub

  

   Dahi bəstəkar Üzeyir HacıbəylininArşın mal alanoperettasının 100 illiyi Avropanın mədəniyyət siyasət mərkəzləri olan Paris Strasburqda qeyd olunub. Xəbər verdiyimiz kimi, sentyabrın 17-də UNESCO-nun Parisdəki mənzil-qərargahında gerçəkləşən yubiley tədbirində Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyə sənətçilərinin ifasında, Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin müşayiəti ilə konsert-tamaşa nümayiş olunub. Tədbir TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə ərsəyə gəlib.

   Sentyabrın 19-da isə Strasburqun Musiqi Konqreslər Sarayında TÜRKSOY-un təşəbbüsü təşkilatçılığı ilə qurumun yaranmasının 20 illiyi Üzeyir HacıbəylininArşın mal alanoperettasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyindən bildiriblər ki, konsert-tamaşanın təqdimatından əvvəl sarayın foyesində Üzeyir Hacıbəylinin ev-muzeyinin materialları əsasındaArşın mal alanoperettasının tarixinə aid, eləcə TÜRKSOY-un 20 illik fəaliyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi açılıb.

   Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri çıxış edib.

   Operettanın nümayişindən əvvəl isə Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoni TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının dünya mədəniyyətinə verdikləri töhfələrdən söz açıb, dahi Azərbaycan bəstəkarının yaradıcılığından bəhs edib, 100 yaşlıArşın mal alanoperettasının bir çox dillərə tərcümə olunduğunu müxtəlif ölkələrdə səhnəyə qoyulduğunu qeyd ediblər.

   Sonra Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi, Qazaxıstanın Karaqanda şəhərininTattımbetxalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstandan olan aktyorların ifasındaArşın mal alanoperettası əsasında konsert-tamaşası təqdim olunub.

   Gecədə Avropa Şurası yanında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Alzas regionunun dövlət və yerli idarəetmə orqanlarının, habelə Strasburq Universitetiakademik dairələrin nümayəndələri, azərbaycanlı və türk diasporu üzvləri iştirak ediblər. Konsert-tamaşa böyük rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 6.