Sankt-Peterburqdan Bakıdakı Müasir İncəsənət Muzeyinə hədiyyə

 

   Tanınmış hüquq şirkəti “BeykerMakenzinin MDB ofislərinin növbəti toplantısı sentyabrın 24-də Bakıda keçirilib. Tədbir çərçivəsində hüquqşünaslardan ibarət “Qadın Klubunun üzvləri Sankt-Peterburq Müasir İncəsənət Muzeyinin kolleksiyasından olan hədiyyəni Bakıdakı Müasir İncəsənət Muzeyinə təqdim ediblər.

   Qonaqlara təşəkkür edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyanın ən iri hüquq təşkilatı olanBeykerMakenzinin MoskvadaSankt-Peterburqda nümayəndəlikləri fəaliyyət göstərir.BeykerMakenzi” şirkətinin nümayəndəsi hər iki qurum arasında əməkdaşlıq əlaqələrindən danışaraq gələcəkdə birgə sərgilərin keçirilməsini təklif edib.

   Sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 9.