Daşkənddə
Azərbaycan filmlərinin təqdimatı
Sentyabrın 20-də ölkəmizin Daşkənddəki səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində milli kinomuzun 115 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində yeni Azərbaycan filmlərinin təqdimatına start verilib.
Mərasimdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkkino” Milli Agentliyinin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, soydaşlarımız iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan kinosunun uğurlarından danışıb, yeni filmlərin çəkilişinə dövlət tərəfindən dəstəyin artırıldığını bildirib. O deyib ki, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır?”, “Görüş” və digər filmlərimiz Özbəkistanda da məşhurdur və müntəzəm olaraq telekanallarda nümayiş etdirilir.
“Özbəkkino” Milli Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Asya Batrayeva Azərbaycan filmlərinin həmişə rəğbətlə qarşılandığını, yeni ekran əsərlərinin də maraqla izlənəcəyinə əmin olduğunu bildirib.
Ekran
əsərlərinin nümayişinə 2009-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə çəkilmiş
“Niyyət” filmi ilə start
verilib. Rejissor Samir Kərimoğlunun filmi
2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken
ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və
Turizm Nazirliyinin “Zirvə”
mükafatına layiq görülüb.
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 12.