“Azərbaycan mədəniyyəti və milli geyimləri”

 

Özbəkistan televiziyasında ölkəmiz haqqında veriliş

  

   Sentyabrın 20-də Özbəkistanın “Dunyo böylab” televiziyası ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Qafqazın incisi - Azərbaycan mədəniyyəti və milli geyimləri” mövzusunda veriliş üçün çəkiliş aparıb.

   Dünya libasları seriyasında yayımlanan veriliş hər həftənin bazar günü nümayiş etdirilir.

   Televiziyaya müsahibə verən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əməkdaşlıq və dostluq münasibətlərinin inkişafından söz açıb. Bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənd şəhərində, özbək şairi Əlişir Nəvainin isə Bakıda abidələrinin ucaldılması, Daşkənd Dövlət Pedaqoji Universitetinə Nizami Gəncəvinin adının verilməsi, mədəni əlaqələrin inkişafı, Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini göstərir. O, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən danışıb. Mədəniyyət Mərkəzində ölkəmizin tarix və mədəni irsi haqqında ekspozisiya, milli musiqi alətləri, qədim Azərbaycan geyimlərinin nümayişi lentə alınıb.

 

Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 15.