“Mif:
keçmişdən gələcəyə”
Filologiya elmləri doktoru, professor İsmayıl Vəliyevin növbəti kitabı “Mif: keçmişdən gələcəyə” adlanır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təqdimatı ilə “Nurlan” nəşriyyatı tərəfindən çap olunmuş kitab müəllifin gərgin axtarışlarının, dərin elmi təhlillərinin bəhrəsidir.
“Mifə qayıdış: əfsanədən nəzəriyyəyə” başlıqlı giriş yazısında müəllifin mif və ona inam, ilk mifik düşüncənin yaranması və digər məsələlərlə bağlı tutarlı elmi fikirlər öz əksini tapıb. Mif keçmişdən bu günə və gələcəyə yol gedən, insanın içində yaşayan, onun fikrini məşğul edən bir düşüncədir, insanın dünya duyumu ilə bağlıdır və bütün həyatı boyu onun düşüncəsində yaşayır.
Könül Mirzəyevanın
elmi redaktorluğu ilə
nəşr olunmuş kitabda
“Mifik düşüncədə əbədi
həyat”, “Yazıya köçürülmüş
dastanlar”, “Dünya
sözdən başlanır”, “İlkin mifik obrazların formalaşması”, “Mifik təfəkkürdə sehrli
quşlar” və s.
bölmələrdə yazılar yer alıb.
Mədəniyyət.- 2013.- 25
sentyabr.- S. 15.