Ölkəmizin İtaliya ilə mədəni əlaqələri
genişlənir
Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında əməkdaşlıq
memorandumu imzalandı
Sentyabrın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Roma
Opera Teatrının direktoru
Katello de Martinonun başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etdi.
Azərbaycanla İtaliya arasında
münasibətlərin yüksək
səviyyədə olduğunu
qeyd edən nazir mədəniyyət və turizm sahələrində əməkdaşlığın
hazırkı vəziyyəti
və inkişaf perspektivlərindən razılığını
ifadə etdi. İkitərəfli təmasların artırılmasının
zəruriliyini vurğulayan
Əbülfəs Qarayev
xüsusilə turizm sahəsində mövcud potensialdan istifadə edilməsini qarşıda
duran mühüm vəzifə kimi səciyyələndirdi. Qeyd olundu
ki, bu ilin
noyabrında Azərbaycanın
turizm imkanları İtaliyada beynəlxalq sərgidə nümayiş
etdiriləcək.
Son illər
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Romada Azərbaycan mədəniyyətinin
təbliğinə həsr
olunmuş silsilə tədbirlərə toxunan
nazir bu təşəbbüslərin xalqlar
arasında əlaqələrin
daha da genişlənməsinə
töhfə verdiyini bildirdi. İtaliyanın paytaxtında dahi
Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin ucaldılmasını
qarşılıqlı hörmət
və anlayışa söykənən münasibətlərin
bariz nümunəsi kimi səciyyələndirdi.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının əsaslı
şəkildə yenidən
qurulacağını deyən
Əbülfəs Qarayev
təmir-bərpa işlərinin
italiyalı mütəxəssislər
tərəfindən həyata
keçiriləcəyini bildirdi.
Nazir son illər ölkəmizdə mədəniyyət
sahəsində həyata
keçirilən uğurlu
layihələrdən də
söz açdı, bu günlərdə V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş III Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək
səviyyədə gerçəkləşdiyini
qonaqların diqqətinə
çatdırdı.
Bakıda gördüyü qonaqpərvərliyə
görə minnətdarlığını
bildirən Roma Opera Teatrının
direktoru Katello de
Martino təmsil etdiyi mədəniyyət ocağı
haqqında məlumat verdi, azərbaycanlı
həmkarları ilə
ikitərəfli münasibətlərin
genişləndirilməsində maraqlı olduqlarını
vurğuladı.
Ölkələr və xalqlar
arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində
mədəniyyətin roluna
toxunan qonaq mədəniyyətin xalqları
yaxınlaşdıran, dostlaşdıran
başlıca amil olduğunu, bu mənada Roma Opera Teatrının
Azərbaycanla daimi əməkdaşlığa xüsusi
əhəmiyyət verdiyini
bildirdi. Roma Opera Teatrının
nəzdində fəaliyyət
göstərən uşaq
orkestrinin dünyanın
bir çox şəhərlərində konsertlər
verdiyini qeyd edən Katello de Martino kollektivin Bakıda da çıxış etməsini arzuladığını
dedi.
Görüşün sonunda Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında ikitərəfli əməkdaşlıq
haqqında memorandum imzalandı.
Sənədi Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov və Roma Opera Teatrının direktoru Katello de Martino imzaladılar.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 3.