Üzeyir musiqi festivalında
rəngarəng konsert
proqramları
Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə keçirilən
V Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı Azərbaycanın
və xarici ölkələrin tanınmış
musiqiçilərinin, kollektiv
və solistlərin rəngarəng konsert proqramları ilə davam edir.
Sentyabrın
25-də Azərbaycan Dövlət
Filarmoniyasında Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olub. Xalq artisti,
professor Yalçın
Adıgözəlovun dirijorluğu
ilə keçirilən
konsertdə pianoçu
solistlər Aslan Aslanov və Tofiq Şıxıyev çıxış ediblər.
Proqramda E.Qriqin “Holberq zamanından” süitasından
fraqment, İ.S.Baxın
iki fortepiano və kamera orkestri üçün konserti, P.İ.Çaykovskinin “Serenada”
əsərləri səsləndirilib.
* * *
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Rusiyanın “Romantik” kvartetinin konserti də maraqla qarşılanıb.
Beynəlxalq “Musiqi Olimpi” Fondunun (Sankt-Peterburq) dəstəyi ilə keçirilən konsertdə nüfuzlu festivalların iştirakçısı
və beynəlxalq müsabiqələrin laureatı,
gənc pianoçu Andrey Yaroşinski Azərbaycan və Avropa bəstəkarlarının
- Qara Qarayevin, Ludviq Van Bethovenin, İohan Bramsın əsərlərini ifa edib.
Görkəmli violonçel ifaçısı
V.A.Berlinskinin rəhbərliyi
altında yaradılan
“Romantik” kvarteti Avropanın bir çox ölkələrində
geniş konsert proqramları ilə çıxış edib.
Moskva Dövlət Akademik Filarmoniyasının tərkibinə
daxil olan kvartet hazırda “Rus ifaçılıq sənəti” fondunun təqaüdçüsüdür.
* * *
Sentyabrın 25-də daha bir konsert proqramı
Qara Qarayev adına 8 nömrəli
onbirillik musiqi məktəbində təqdim
edilib. Konsertdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
professoru, Rusiyanın Əməkdar icəsənət
xadimi Valeri Varonanın sinfində musiqi təhsili alan Firuzə Xançalovanın ifası
dinlənilib.
Tədbirdə
çıxış edən
Valeri Varona ilk dəfə Azərbaycana
15 il əvvəl görkəmli musiqiçi
Mstislav Rostropoviçin
yubileyində iştirak
etmək üçün
gəldiyini, ötən
müddət ərzində
paytaxtımızın inanılmaz
dərəcədə inkişaf
etdiyini deyib, ölkəmizdə musiqi sənətinə göstərilən
diqqət və qayğını yüksək
qiymətləndirib.
Sonra Firuzə Xançalova
dahi bəstəkarlar İ.S.Bax, V.Motsart, İ.Brams və F.Əmirovun əsərlərini
ifa edib. Konsert tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
V Üzeyir
Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı sentyabrın 28-də sona çatacaq.
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 4.