Milli Kitabxananın əməkdaşları
təltif olundular
Yubiley münasibətilə bir qrup
işçiyə “Fəxri mədəniyyət
işçisi” döş nişanı və fəxri fərmanlar
təqdim edildi
Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibətilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən kitabxananın bir neçə əməkdaşı Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” döş nişanı, nazirliyin fəxri fərmanı və pul mükafatları ilə təltif olunublar. Sentyabrın 26-da Milli Kitabxanada təltiflərin təqdimetmə mərasimi keçirilib.
Mərasimdə iştirak edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Milli Kitabxananın yubileyi ilə bağlı kollektivə təbriklərini çatdırıb, dövlətimiz tərəfindən kitabxana işinə, bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Milli Kitabxananın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla təltif olunmasını bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Milli Kitabxananın əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanlarını, fəxri fərman və pul mükafatlarını təqdim edib.
Təqdimetmə
mərasiminin sonunda kitabxananın direktoru Kərim Tahirov bütün kollektiv
adından əməyə verilən yüksək qiymətə
görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə, Mədəniyyət
və Turizm Nazirliyinin
rəhbərliyinə minnətdarlığını bildirib, kollektivin bundan sonra daha
əzmlə çalışacağını qeyd edib.
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 4.