Avrasiya Kitabxanalar Assambleyasının
Bakı iclası
Sentyabrın
25-də Mirzə Fətəli
Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyası
(BAE) əməkdaşlıq təşkilatının XV ümumi
iclası keçirildi.
Tədbiri Azərbaycan
Milli Kitabxanasının
direktoru Kərim Tahirov açaraq ölkəmizin belə bir mötəbər toplantıya ev
sahibliyi etməsindən
məmnunluğunu ifadə
etdi. İclasın Milli Kitabxananın 90 illik yubileyinə təsadüf etməsinin xüsusilə əlamətdar
olduğunu dedi.
Assambleyanın prezidenti Aleksandr
Vislıy təşkilat
haqqında ümumi məlumat verdikdən sonra qurumun aparıcı
mütəxəssislərindən olan Qalina Raykova
iclasın gündəliyi
və müzakirə olunacaq məsələləri
iştirakçıların nəzərinə çatdırdı.
Bildirdi ki, iclasda 16 üzv ölkədən
11-i iştirak edir.
O, il ərzində
görülən işlər
haqqında məlumat verdikdən sonra təşkilata üzv ölkələrin fəaliyyəti
və birgə əməkdaşlıq sahəsindəki
yeniliklər barədə
danışdı. Bildirildi ki,
qurumun “qızıl kolleksiyası” yaradılır
və topluya üzv ölkələrin
ən dəyərli nəşrləri daxil edilir. Kolleksiya ilə Rusiya Dövlət Kitabxanasının
saytında tanış
olmaq olar.
Sonra kitabxanaların qarşılıqlı
əlaqələri, müasir
texnologiyalardan istifadə,
təşkilata üzv
ölkələrin təbliği
barədə fikir mübadiləsi aparıldı.
Lalə
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 4.