Milli Kitabxananın 90 illik yubileyi qeyd olundu

 

   Sentyabrın 25-də Dövlət Akademik Opera Balet Teatrında Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.  

   Mərasimi giriş sözü ilə açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizdə kitabxana işinin yüksək səviyyədə təşkili istiqamətində görülən tədbirlərdən danışdı. Milli Kitabxananın müasir Azərbaycanın mədəni elmi həyatında mühüm yerinin olduğunu diqqətə çatdırdı. Kitabxananın 90 illik yubileyinin III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə eyni vaxta təsadüf etdiyini deyən Əbülfəs Qarayev paytaxtımızdakı kitab bayramına minlərlə insanın qatıldığını vurğuladı.

   Sonra nazir Milli Kitabxana əməkdaşlarının təltif olunması haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamları oxudu, fəxri adlara, orden medallara layiq görülənləri təbrik edərək kollektivə uğurlar arzuladı.

  

   Çətin şərəfli yol

  

   Tədbirdə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Milli Kitabxananın 90 illik yubileyini böyük mədəni hadisə kimi dəyərləndirdi, 90 il əvvəl bu kitabxananın yaradılmasını müasir Azərbaycanın fikir tarixinin ən sanballı səhifələrindən biri olduğunu vurğuladı.

   Ölkəmizdə kitabxanaların formalaşması tarixinə nəzər salan natiq bildirdi ki, ötən əsrin əvvəllərində Azərbaycanın müstəmləkə altında olması nəşriyyat kitabxana işinin inkişafında çətinliklər yaradıb. Xalqımızın ayrı-ayrı ziyalılarının ictimai xadimlərinin şəxsi təşəbbüsü, səyləri ilə zaman-zaman müxtəlif qəzet jurnallar, kiçik həcmli kitablar çap olunub.

   Baş nazirin müavini Azərbaycan Milli Kitabxanasının keçdiyi çətin şərəfli tarixi yol haqqında danışdı. Bildirdi ki, kitabxananın əsası 1922-ci ildə qoyulub, 1923-cü il mayın 23-dən rəsmi olaraq fəaliyyətə başlayıb. Kitabxana yarananda onun fonduna keçmiş İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə nəşr verilib. Sonrakı illərdə fondun zənginləşdirilməsi istiqamətində sistemli aparılıb. 1925-ci ildə kitabxana fondunda 51 min, 1928-ci ildə isə 300 min nüsxə kitab, jurnal, qəzet digər çap məhsulları toplanmışdı. Oxu zalı 1927-ci ildə açılıb.

   Kitabxana uzun müddət Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşib bu da fəaliyyəti genişləndirməyə maneələr yaradırdı. Bununla belə, artıq 1928-ci ildə kitabxana 6 şöbədən (Şərq, rus, Qərbi Avropa, xüsusi şöbələr), həmçinin xidmət biblioqrafiya bürosundan ibarət idi.

   1939-cu ildə kitabxanaya görkəmli dramaturq maarifçi mütəfəkkir Mirzə Fətəli Axundzadənin adının verilməsinin təsadüfi olmadığını deyən Xalq yazıçısı qeyd etdi ki, Şərqdə dramaturgiyanın əsasını qoyan bu filosof, mütəfəkkirin bütün amalı, arzusu xalqın maariflənməsi, inkişaf etməsi olub.

  

   Yüksək dövlət qayğısı

  

   Kitabxana gözəl memarlıq abidəsi olan hazırkı əzəmətli binaya 1961-ci ildə köçüb. 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə «Milli Kitabxana» statusu alıb. Hazırda burada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir, kitabxananın fondunda 5 milyondan çox çap məhsulu saxlanılır.

   Qeyd olundu ki, elm mədəniyyətə daim yüksək qiymət verən ulu öndər Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olub, öz şəxsi kitabxanasından yüzlərlə dəyərli kitabı bu bilik ocağına hədiyyə edib. Prezident İlham ƏliyevinAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı əsasında son illər Azərbaycan dünya ədəbiyyatı nümunələrinin nəşr olunaraq ölkə kitabxanalarına paylanması bu sahəyə yüksək dövlət qayğısının bariz nümunəsidir.

  

   Kitabxananın beynəlxalq əlaqələri

  

   Baş nazirin müavini Milli Kitabxananın inkişaf edən dünya ilə ayaqlaşdığını, müxtəlif ölkə kitabxanaları ilə əlaqələr qurduğunu bildirdi: “Kitabxanada bu gün Azərbaycana bir sıra xarici ölkələrə aid nadir kitablar saxlanılır. 1998-ci ildə respublikada ilk internet zalı məhz Milli Kitabxanada açılıb. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb. Milli Kitabxanastatusu aldıqdan sonra mədəniyyət ocağının statusu artıb, xarici ölkələrin kitabxanaları ilə 30-dan çox memorandum imzalanıb. Hazırda Azərbaycan Milli Kitabxanasının 60-dan çox xarici kitabxana ilə əlaqələri var”.

  

   * * *

   Tədbirdə çıxış edən Avropa Milli Kitabxanaları Konfransının (CENL) prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine beynəlxalq təşkilatın 27-ci illik görüşünün Bakıda keçirilməsini yüksək qiymətləndirdi, ölkəmizin beynəlxalq tədbirlərə böyük maraq göstərdiyini vurğuladı, bunu dəyişən dünyaya mesaj kimi səciyyələndirdi.

   Avrasiya Kitabxanalar Assambleyasının prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını yubiley münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi.

   Sonda çıxış edən Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov ölkə PrezidentininAzərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 24 iyun tarixli sərəncamını kitabxana işinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Kitabxana əməkdaşlarının təltif olunmasına görə dövlət başçısına minnətdarlığını bildirdi, həmkarlarına Azərbaycanın kitabxana ictimaiyyətinə təbriklərini çatdırdı.

  

   Yubileyə musiqi töhfəsi

  

   Çıxışlardan sonra incəsənət ustalarının yubiley münasibətilə hazırladığı konsert proqramı təqdim olundu. Üzeyir HacıbəylininArşın mal alanoperettasından, “Koroğluoperasından parçalar səsləndirildi, Qara QarayevinYeddi gözəlbaletindənValsrəqsi nümayiş olundu. Azərbaycan dünya bəstəkarlarının əsərləri, eləcə muğam üçlüyünün ifasındaŞuşanın dağlarımahnısı təqdim edildi. Bütün ifalar tamaşaçıların hərarətli alqışları ilə qarşılandı.

  

   Fariz Yunisli

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 5.