Kitab sərgi-yarmarkasında daha bir təqdimat
Sərgi-yarmarkanın sonuncu günü
kənd təsərrüfatı
naziri İsmət Abasovun “Şərq-Qərb”
nəşriyyatında çap
olunan “Azərbaycanın
və dünya ölkələrinin kənd
təsərrüfatı” kitabının
təqdimatı keçirildi.
Kənd təsərrüfatı nazirinin
müavini İlham Quliyev çıxış
edərək kitab haqqında ətraflı məlumat verdi.
Qeyd olundu ki, kitab
ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Nəşrdə ümummilli liderin
Azərbaycanda kənd
təsərrüfatının inkişafında böyük
xidmətlərindən bəhs
edilir, onun rəhbərliyi ilə həyata keçirilmiş
tədbirlərin sosial-iqtisadi
nəticələri hərtərəfli,
dəyərli faktlarla
şərh olunur.
6 fəsildən
ibarət olan kitab aqrar sahə
mütəxəssisləri, tələbələr və
elmi-tədqiqat işçiləri,
eyni zamanda, bu sahə ilə
maraqlananlar üçün
faydalı mənbədir.
Nəşrdə dünyanın 56 ölkəsinin iqtisadi göstəriciləri, eyni
zamanda, kənd təsərrüfatına dair
məlumatlar geniş şərh edilib. Nəşr geniş təhlil, sorğu və statistik materialı özündə əks etdirməklə olduqca aktual məzmunu ilə diqqəti cəlb edir.
Təqdim edilən materiallardan
dünyada və ölkəmizdə kənd
təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm
qoyduğu, bio və nanotexnologiyalar hesabına məhsuldarlığın dəfələrlə
artırılmasının mümkünlüyü barədə
söz açılır.
Tədbirdə çıxış edən nazirlik əməkdaşları kitabın
əhəmiyyətindən söz açaraq Azərbaycanda aqrar sahədə baş verən islahatlardan danışdılar, onun məntiqi nəticələrini
rəqəm və faktlarla şərh etdilər.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 6.