Azərbaycanın turizm imkanları Parisdə nümayiş olunur

 

“Top Resa 2013” sərgisində ölkəmizin stendinə maraq böyükdür

  

   Sentyabrın 24-də Parisin «Porte de Versaille» sərgi salonunda «Top Resa 2013» beynəlxalq turizm sərgisi açılıb. Sentyabrın 27-dək davam edəcək sərgidə Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.  

   Heyətə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva daxildir. Zöhrə Əliyevadan aldığımız məlumata görə, sərgidə ölkəmizin stendinə maraq böyükdür. O qeyd etdi ki, artıq dördüncü dəfə iştirak etdiyimiz “İFTM Top Resa 2013” sərgisi bu dəfə 151 ölkəni qəbul edir. Sərgidə 60 kv.m sahədə Azərbaycanı Mədəniyyət Turizm Nazirliyinin, "Billur travel", "Geo travel", "RVS travel", "Millennium Tourism & Congress DMC", "Gilan Tourism", "SW travel", "AZAL"ın "Qallery Hotel"in nümayəndələri təmsil edirlər.

   Həmişəki kimi Azərbaycan stendi bu dəfə göz oxşayır. Stendi bəzəyən Qobustan lövhələrinə qədim tariximizin mədəniyyətimizin sübutu kimi baxılır. Başqa bir rəngarəng pannodan Bakının müasir işıqlı mənzərəsi boylanaraq ziyarətçiləri valeh edir, “ŞahdağQış-Yay Turizm Kompleksinin möhtəşəm təsvirləri isə günəşli Azərbaycanın qış turizminin romantikasını əks etdirir.

   Stenddə fransız ingilis dillərində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, bukletlər, broşürlər digər vəsaitlər yer alıb. Mədəniyyət Turizm Nazirliyinin istehsalı olan Azərbaycanı tanıtım reklam çarxları isə heç bir ziyarətçini stendimizin önündən biganə keçməyə imkan vermir, onları ayaq saxlayıb dönə-dönə müxtəlif suallar verməyə, Azərbaycanı daha yaxından tanımağa sövq edir. Dəfələrlə belə mənzərənin şahidi olan nümayəndə heyətimiz növbəti dəfə qürur hissi keçirərək müxtəlif millətlərdən olan insanlarla danışır, ölkəmizin turizm imkanlarını təbliğ edirlər.

   Sərginin açılışında iştirak edən Fransanın turizm naziri xanım Silviya Pinel qırmızı lenti kəsərək stendləri gəzdi, müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə görüşdü. Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov nazirə Heydər Əliyev Fondunun hazırladığıAzərbaycankitabını, milli musiqi disklərimizi suvenirlər təqdim etdi. Silviya PineləAleksandr Düma QafqazdaŞərab yolumədəni turizm marşrutları barədə məlumat verildi. Nazir bu il noyabrın 1-2-də Gəncədə keçiriləcək II beynəlxalq üzümçülük şərab festivalına dəvət olundu.

   Söhbət əsnasında Azərbaycan stendindəBakıfutbol klubunun iştirakı barədə danışıldı. Xanım Silviya Pinel bu ideyanı bəyəndiyini turizmlə idmanın çox gözəl əməkdaşlıq müstəvisi olduğunu söylədi.

   Özünün 35-ci mövsümünü yaşayan İFTM - Beynəlxalq Fransa Turizm Marketinq Sərgisi - “Top Resa 2013”də dünyanın səkkiz regionu - Amerika, Asiya, Sakit Okean ölkələri, Avropa, Aralıq dənizi hövzəsi, Afrika Yaxın Şərq ölkələri təmsil olunur. Adəti üzrə turizm şirkətləri, dövlət təşkilatları, istehsalat marketinq şirkətləri, xəbər agentliklərinin maraq dairəsinə biznes səyahətləri, işgüzar turizm istirahət turizmi daxildir. Sərgidə yeni məhsullar təqdim olunur, istehsalat liderləri görüşür, yeni əlaqələr qurulur.

   Azərbaycan nümayəndə heyəti üçün ilk günün nəticələri uğurlu oldu. İşgüzar görüşlər, maraqlı söhbətlər, səmərəli biznes müqavilələri s. Qeyd etdiyimiz kimi, budəfəki sərgidə Azərbaycanın idman sektorunu "Bakı" futbol klubu təmsil edir. Kluba aid guşədə "Bakı" ilə əməkdaşlıq edən Fransanın "Lans" komandası haqqında məlumatlar suvenirlər sərgilənir. Belə sərgilər həm ziyarətçilərin ölkəmizə marağını müşahidə etmək üçün bir fürsətdir. Ümid edirik ki, bu dəfə "Bakı" "Lans" klublarının rəhbərliyinin, futbolçularının, Fransanın Olivye Dakur, Jan Pyer Papen kimi tanınmış futbol simalarının sərgidə iştirakı, sentyabrın 27-də nəzərdə tutulan "Bakı" "Lans" klublarının əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi hadisələrin gedişini daha da maraqlı edəcək. Təbii ki, bu tədbirlər həm Azərbaycanın, həm Fransanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

   * * *

   Sentyabrın 25-də Azərbaycan stendini ölkəmizin Fransadakı fövqəladə səlahiyyətli səfiri Elçin Əmirbəyov ziyarət etdi. Səfir stenddə fransız ingilis dilində olan materiallarla maraqlandı, “Bakı" futbol klubunun nümayəndələri ilə görüşdü.

   Daha sonra Elçin Əmirbəyov “Top Resa 2013” sərgisinin direktoru Alaim Baqmaudla bərabər stendimizə yaxınlaşdı. Səfir Alaim Baqmauda Azərbaycan haqqında, ölkəmizin mədəniyyəti, turizmi, musiqisi barədə məlumat verdi, onu Azərbaycana dəvət etdi. Sonda səfir Mədəniyyət və Turizm Nazirliyinin, şirkətlərin təmsilçiləri və "Bakı" futbol klubunun nümayəndələri ilə birgə xatirə şəkli çəkdirdi.

 

Mədəniyyət.- 2013.- 27 sentyabr.- S. 9.