Turizm obyektlərində monitorinqin
nəticələri elan
edilib
Ölkənin turizm obyektlərinin,
mehmanxana və mehmanxana tipli obyektlərin yay mövsümü ilə bağlı Mədəniyyət
və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları
tərəfindən aparılmış
monitorinqin nəticələri
məlum olub.
Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız
məlumata görə,
ölkə Prezidentinin
müvafiq fərmanı
ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası
haqqında Əsasnamə»yə
uyğun olaraq aparılan monitorinq 38 şəhər və rayonu (Tərtər, Bərdə, Ağdaş,
Göyçay, Zərdab,
Kürdəmir, İmişli,
Şirvan, Xaçmaz,
Qusar, Quba, Şabran, Xızı, Sumqayıt, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Şamaxı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy,
Gəncə, Naftalan, Goranboy, Mingəçevir,
Astara, Lənkəran,
Lerik, Masallı, Yardımlı, Cəlilabad,
Biləsuvar) əhatə
edib.
Monitorinqdə bölgələrin mövsümə hazırlıq
səviyyəsi ümumən
qənaətbəxş hesab
edilib. Lakin mövsümdən əvvəl marketinq və reklam işinin düzgün qurulmaması obyektlərdə
illik dolum səviyyəsini xeyli aşağı salır (təqribən 30%). Bu mövsüm regionlardakı
mehmanxanalarda qiymətlər
ötən illə eyni səviyyədə qalıb.
Monitorinq komissiyası araşdırmaların
nəticəsi olaraq bir sıra nöqsanları
aşkarlayıb.
Yerlərdə bir çox
mehmanxanalar və onlara bərabər tutulan yerləşdirmə
obyektləri, onların
sahiblərinə dəfələrlə
müraciət olunmasına
baxmayaraq, lisenziyasız
fəaliyyət göstərir.
Bunun səbəblərini araşdırdıqda
məlum olur ki, problemlər sənədlərin çatışmazlığından
qaynaqlanır (bu da həmin obyektlərin
standartlara uyğun olmadığının göstəricisidir).
Əksər obyektlərdə xidmətlərin lazımi
səviyyədə olmaması
müşahidə olunur.
Sahibkarlar işçilərin peşə hazırlığı
səviyyəsinin artırılmasına
maraq, bu istiqamətdə təşəbbüskarlıq
göstərmir, hətta
nazirlik tərəfindən
təşkil olunan treninqlərə də laqeyd yanaşırlar.
Bəzi mehmanxanalarda sanitar-gigiyenik
vəziyyət o qədər
də qənaətbəxş
deyil, personalın müvafiq geyim dəstlərinin olmaması
faktları aşkar olunub. Baxış keçirilən bölgələrdə lisenziyasız
fəaliyyət göstərən
yerləşdirmə obyektlərinin
əksəriyyəti həm
primitiv şəkildə
tikilib, həm də bu obyektlərdə
çalışanların peşə hazırlığı
zəifdir.
Nazirlik qeyd olunanları əsas tutaraq, turizm sahəsində əldə olunan təcrübəyə istinad
edərək, həmçinin
bu sahədə yüksək nəticələr
əldə etmiş ölkələrin iş prinsiplərini öyrənərək
bölgələrdə mövcud
problemlərin aradan qaldırılması üçün
müəyyən tədbirlər
görməyi qərara
alıb.
Belə ki, lisenziya müddəti bitmiş və monitorinq nəticəsində yeni aşkar edilmiş mehmanxanalarla bağlı onların rəhbərlərinə
xəbərdarlıq məktubu
göndərilib. Məktubda qeyd
olunan müddət başa çatdıqdan sonra nazirliyə müvafiq sənədlərlə
müraciət etməyən
mehmanxanaların siyahısı
tədbir görülməsi
üçün aidiyyəti
qurumlara təqdim ediləcək. Həmçinin fəaliyyətində sanitar-gigiyenik
normaları pozan bir neçə obyektlə bağlı tədbir görülməsi
üçün Səhiyyə
Nazirliyinə müraciət
göndərilib. Ciddi nöqsanlar
olan 2 obyektin lisenziyasının fəaliyyəti
Mədəniyyət və
Turizm Nazirliyinin müvafiq əmri ilə dayandırılıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 9.