“Miras”
İspaniyada keçirilən konfransda ölkəmizi təmsil edib
İspaniyanın tarixi Malpartida de Kaseres şəhərində mədəni irsin tədrisi və sosiallaşdırılması üzrə beynəlxalq konfransa yekun vurulub. Konfransın əsas məqsədi dünyanın müxtəlif yerlərində, mədəni irs abidələrinin yerləşdiyi bölgələrdə aparılan işlərlə tanış olmaqdır. Tədbirdə Argentina, Azərbaycan, Braziliya, Çili, Kolumbiya, İspaniya, İtaliya, Meksika, Portuqaliya kimi müxtəlif ölkələrin elm və mədəniyyət adamları iştirak ediblər.
Konfransda ölkəmizi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edib. Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və tədqiqatçı Şölə Bayramova “Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi” mövzusunda çıxış ediblər. Qeyd olunub ki, “Miras” İctimai Birliyinin 2010-2012-ci illərdə həyata keçirdiyi layihənin əsas məqsədi Ağsu bölgəsində arxeoloji turizmi canlandırmaqdır. Məruzələrdə layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verilib. Konfransda Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “Azərilmə” cəmiyyətinin nəşrləri, jurnal və disklər sərgilənib.
Ceyhun
Mədəniyyət.- 2013.- 27
sentyabr.- S. 10.